5G üzrə hansı ölkələrin lider olacağı açıqlandı
“Juniper Research” analitik şirkətinin mütəxəssisləri 5G şəbəkəsinin inkişafı üzrə proqnozlarını hazırlayıblar.
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, analitiklərin fikrincə, yeni texnologiyanın kommersiya istifadəsinin mümkün hala gələcəyi 2019-cu ildə bütün dünyada 5G şəbəkəsinə 1 milyon qoşulma olacaq. Sürətli artım ona gətirib çıxaracaq ki, 2025-ci ildə 5G qoşulmalarının sayı 1,4 milyarda çatacaq. İllik orta artım 232 faiz səviyyəsində proqnozlaşdırılır.
“Juniper Research” şirkətinin proqnozuna görə, 5G şəbəkəsinin tətbiqində 3 ölkə lider olacaq: Çin, ABŞ və Yaponiya. 2025-ci ildə onların bütün dünya üzrə qoşulmalarda payı 55 faiz təşkil edəcək. Təkcə ABŞ-da 5G qoşulmalarının 30 faizdən çoxu yalnız əşyaların internetinin (İoT) payına düşəcək.

Yorumlar
Yorum Gönder